• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 13.08.2020 20:40

Hücum edən ermənilər axtarılır

KepezTV Player

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra Amerikada yaşayan bir qrup erməni Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında etiraz aksiyası təşkil edib. Hadisə zamanı aqressiv erməni nümayişçiləri Azərbaycan icması nümayəndələrinə hücum edib və həmvətənlərimizə xəsarət yetiriblər. Hadisədən sonra Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilən bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır. Cinayət törədən azı üç nəfərin müəyyənləşdirildiyi barədə məlumat verilib. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.Polis əhaliyə müraciət edərək bu şəxsin tapılması üçün köməklik göstərməyi xahiş edib.