• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1899
— 12.08.2020 19:31

Kütləvi dava olub, ölən var

KepezTV Player

Bərdədə qətl törədilib. Hadisə rayonun Şorəlli kəndində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb. Təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Eləcə də Baş Prokurorluğun və DİN-nin vəzifəli şəxsləri rayona ezam olunublar. Cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.