KepezTV Player
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində yerləşən “Habil” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən Yusif Hüseynov və 2 nəfər müştəri saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
- Baxış: 1525