• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1417
— 12.08.2020 12:10

“Canavar” və müştəriləri ələ keçdi

KepezTV Player

Şəmkir polisi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbirləri keçirib. Üç fakt üzrə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb. Narkotacir və alıcıları məsuliyyətə cəlb olunub.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanovu narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün saxlayıblar. Onların üzərinə baxış keçirilən zaman Ələsovdan 1.296 qram, Aslanovdan 0.253 qram, Zamanovdan isə 0.289 qram heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını deyiblər.

Şəmkir polisinin əməliyyatı bununla yekunlaşmayıb. Növbəti tədbir zamanı rayon sakini olan keçmiş məhkum saxlanılıb və ondan narkotik vasitələr götürülüb.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən daha bir əməliyyat nəticəsində qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayev saxlanılıb. Onun Yuxarı Seyfəli kənd ərazisindəki həyətyanı sahəsinə baxış zamanı oradan 5 ədəd, ümumi çəkisi 12 kq 400 qram olan çətənə aşkar edilərək götürülüb. Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Araşdırmalar davam etdirilir.