• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1890
— 12.08.2020 12:02

19197 abituriyent qəbul imtahanı verəcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi sabah cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan keçirəcək. Proses respublikanın 35 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlarda 19197 abituriyentin iştirakı nəzərdə tutulur. DİM-in məlumatına görə, qəbul imtahanlarının I mərhələsində iştirak etməyən cari il məzunlarınin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.