• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 11.08.2020 20:03

Yerli və xarici pambıq sortlarının müqayisəsi

KepezTV Player

Samuxda yerli və xarici pambıq sortlarının müqayisəsi istiqamətində biotexnoloji tədqiqatlar aparılır. Məqsəd ölkədə şoranlaşmaya və xəstəliklərə qarşı davamlı yerli sortlarn yetişdirilməsinə nail olmaqdır.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun apardığı təcrübə Samux rayonu ərazisində yerləşən baza təcrübə sahəsində həyata keçirilir. İnstitutun alimləri seleksiya nəticəsində əldə etdikləri sortları bir neçə il öncə ölkəyə gətirilərək becərilən Türkiyə sortları ilə müqayisə edirlər.

Təcrübə nəticəsində müəyyən olunub ki, Gəncə-110, Gəncə-114 və Gəncə-160 pambıq sortları xarici sortlarla müqayisədə xəstəliklərə qarşı davamlıdır, eyni zamanda vegetasiya müddəti qısadır. Eləcə də, yüksək məhsuldarlığı ilə seçilir.

Yerli və xarici pambıq sortlarının müqayisəsi quraqlığa davamlı sortların müəyyənləşdirilməsinə də şərait yaradacaq.

Təxminən bir neçə ilə, yəni təcrübələr yekunlaşdıqdan sonra göstəricilərə uyğun gələn sortların pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarında becərilməsi nəzərdə tutulur.