• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 11.08.2020 23:34

Müəllimlərlə müzakirələr aparılıb

KepezTV Player

Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyi orta ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri ilə videokonfrans keçirib. Görüşdə bu fənn ilə bağlı problemlər, mövcud vəziyyət, gələcək planlar, eləcə də 9-cu sinf şagirdlərinin buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Onlayn dərslərdə yaranan boşluqları aradan qaldırmaq üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. İngilis dilinin inkişafı üçün Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə fəaliyyət göstərən mərkəz barədə ətarflı məlumat verilib. Mərkəzin illik hesabatı dinlənildikdən sonra növbəti tədris ilində daha səmərəli faəliyyətini təşkil etmək üçün planlar müzakirə edilib, tapşırıqlar verilib.

Anar Qədiməliyev - Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Əsas məqsədimiz növbəti tədris ilində ingilis dili ilə bağlı müxtəlif yarışların, şəhər daxili olimpiadaların təşkili edilməsi eyni zamanda düşünürük ki, könüllü qrup yaradaq bir çox inkişaf etmiş ölkələrdə təhsillə bağlı yenilikləri tərcümə edərək digər müəllim həmkarlarına çatdırılmasını təmin etməkdir.