• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2386
— 10.08.2020 19:11

Yas mərasimi keçirənlər cərimələniblər

Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejimi qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.