• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 10.08.2020 11:44

Ağstafada mərmi tapılıb

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 130 mm-lik top mərmisi (S-2) aşkar olunub, götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 40 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.