• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 10.08.2020 11:52

Yük və minik maşınları toqquşdu

Qaxda baş verən daha bir qəzada avtomobil yanıb. Gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində Zaqatala rayon sakini, 22 yaşlı Zahid Əliyevin idarə etdiyi minik avtomobili ilə, Şəki rayon sakini, 27 yaşlı Orxan Qasımzadənin sükanı arxasında olduğu yük maşını toqquşub. Qəzadan sonra ağaca və nişana çırpılan minik avtomobili yol kənarına aşaraq yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanaraq yararsız hala düşən nəqliyyat vasitəsinin sürücüsü bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.