KepezTV Player
Operativ Qərargah ölkədə yoluxmanın dinamikasında müsbət tendensiya və iqtisadi aktivliyin gücləndirilməsi zərurətini nəzərə alaraq karantin qaydalarını yumşaldıb. Bu gündən sərt karantin rejimi tətbiq olunan 13 şəhər və rayonda, o cümlədən Gəncədə açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilib. İri ticarət mərkəzləri istisna olmaqla, qeyri-ərzaq malları satılan mağazalar və əhaliyə məişət xidmətləri göstərən obyektlər də açılıb. Bir sıra sahələrdə istehsala icazə verilib, işçilərin sayına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
- Baxış: 163