• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 08.08.2020 19:02

Hamilə arvadını dənizdə boğdu

KepezTV Player

Sumqayıtda hamilə qadın boğularaq öldürülüb. Şəhər sakini 33 yaşlı Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub. Dərhal Sumqayıt şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. Araşdırmalarla 34 yaşlı Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.