• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 07.08.2020 12:12

Adam bıçaqladı, həbs edildi

KepezTV Player

Avqustun 5-də Şəmkir rayonu ərazisində 25 yaşlı Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olub. Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Zərərçəkənin tanışı 21 yaşlı Mixayil Quliyev tərəfindən şəxsi münasibətlər zəminində yaranan münaqişə nəticəsində bıçaqlandığına şübhələr yaranıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. Mixayil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkən tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.