• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 06.08.2020 19:43

Gəncə şahmatçısına növbəti etimad

KepezTV Player

Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan və Türkiyə Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə növbəti onlayn yarış keçiriləcək. Bu dəfə Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir Millət, İki Dövlət" şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü təşkil olunacaq. Qarşıdakı görüşlər üçün Azərbaycan komandasının heyətinə cəlb olunanlar arasında Gəncə şahmatçısı da var. Bu, Avropa çempionatının mükafatçısı Ülviyyə Fətəliyevadır. Reqlamentə əsasən hər partiyaya 15 dəqiqə vaxt veriləcək və hər gedişə 5 saniyə əlavə olunacaq. Üç gün davam edəcək turnirdə hər gün iki partiya oynanılacaq. Yarış avqustun 8-i 10-u tarixləri aralığında keçiriləcək. Bu günlərdə Beynəlxalq Şahmat Federasiyası internet üzərindən ilk Ümumdünya Şahmat Olimpiadası təşkil edir. Azərbaycan millisi olimpiadada avqustun 21-də mübarizəyə qoşulacaq. Qeyd edək ki, gəncəli iti zəka sahibi bu yarış üçün də milinin ehtiyat heyətinə cəlb olunub. Pandemiya dövründə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə internet üzərindən Azərbaycan Kuboku, "İpək Yolu" turniri, Azərbaycan və Ukraynanın qadın şahmatçılardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib ki, Ülviyyə Fətəliyeva da belə yarışların iştirakçısı olub.