KepezTV Player
Goranboyda 37 yaşlı qadın öldürülüb. Goran Dəmiryolu stansiyasının yaxınlığında Goranboy rayonu, Goran qəsəbə sakini Gülbuta İmanova sinəsindən aldığı iki güllə yarasından keçinib. Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib. Araşdırmalarla cinayəti 34 yaşlı Qərib Zamanovun mərhumla şəxsi münasibətlər zəminində mübahisə zamanı ov tüfəngindən atəş açaraq törətdiyinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb, müvafiq ekspertizalar təyin olunub. Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
- Baxış: 1187