• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2180
— 05.08.2020 20:18

Məşqlər bərpa olunub

KepezTV Player

Rusiyada yaşayan və çalışan həmyerlilərimiz arasında idman sahəsində fəaliyyət göstərənlər də var. Kimisi idmançı, kimisi məşqçi, kimisi isə funksioner kimi idmana xidmət edir. Elmir Əliyev də belələrindəndir.

Əslən Gəncə şəhərindən olan və vaxtilə idmançı kimi Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil etmiş Elmir Əliyev karyerasını başa vurduqdan Rusiyada məşqçiliyə başlayıb. 10 ildir ki, şimal ölkəsində kikboksinqin inkişafına çalışır. Yetirmələri arasında azərbaycanlılar da var. Dünyanı cənginə alan koronavirus pandemiyasına görə Əliyev bir müddət məşqlərə ara verməli olub.

Hazırda Rusiyada idmanla bağlı vəziyyət müəyyən qədər yaxşılaşıb. Əksər yarışlar keçirilməsə də, məşqlər bərpa olunub.

Elmir Əliyev yaşadığı Moskva vilayətinin İstra şəhərində Azərbaycan diasporasının öndə gedən üzvlərindəndir. Sərt karantin dövründə həyata keçirilən aksiyalarda fəal iştirak edib və buna görə dəfələrlə minnətdarlıq məktubu alıb.

Əməkdar idman ustası, 1-ci dərəcəli məşqçi-müəllim olan həmyerlimizin tələbələri müxtəlif səviyyəli yarışların, o cümlədən dünya birinciliyinin və kubokunun, Rusiya çempionatının qalib və mükafatçıları olub. Yetirmələrindən ikisi Rusiya yığma komandasının üzvüdür.