KepezTV Player
Tovuzda yeni tütünçülük təsərrüfatının yaradılması nəzərdə tutulur. Tütünçü fermerlərin maarifləndirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təlimlərin keçirilməsi, turizm, kənd təsərrüfatı və müxtəlif istehsal sahələrinə maraq göstərən yaponiyalı investorların ölkəmizə səfərinin təşkili planlaşdırılır. “Tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində indiyədək Tovuzda 210 hektar ərazidə tütün əkilib və məhsulun qurudulması üçün Avropa ölkələrindən tam avtomatlaşdırılmış tütünqurutma kamerası gətirilib.
- Baxış: 161