• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 05.08.2020 20:24

İstifadəçilərin sayı 35 minə çatdı

KepezTV Player

Gəncənin su-kanalzasiya sisteminin yenilənməsi layihəsi çərçivəsində magistral xətlərin çəkilməsi başa çatan ərazilərdə abonentlərə içməli su verilir. Özü də 24 saat fasiləsiz. Hazırda şəhərin 35 min abonenti bu sevinci yaşayır. Mənzillərə içməli suyun verilməsi mərhələli şəkildə davam etdirilir.

Gəncənin su-kanalzasiya sisteminin yenilənməsi layihəsi çərçivəsində magistral xətlərin çəkilməsi başa çatan ərazilərdə abonentlərə içməli su verilir. Özü də 24 saat fasiləsiz. Hazırda şəhərin 35 min abonenti bu sevinci yaşayır. Mənzillərə içməli suyun verilməsi mərhələli şəkildə davam etdirilir.

Yaqub Əlifov - sakin: Gələn su artezian suyu idi, onu içmək mümkün deyildi. İki gündən bir su veriləndə çəndə su qurtarandan sonra biz susuz qalırdıq. Axırda məcbur qalıb maşınla su gətizdirib doldurmuşuq. 15 manat verib doldurmuşuq, qalan su lazım olmadığı üçün qaytarmışıq.

Bu da həm sakinlərin büdcəsinə ziyan vururdu, həm də israfçılığa gətirib çıxarırdı. Artıq problemə son qoyulub. Şəhərin Qırmızı kənd qəsəbəsinin sakinləri də 24 saat fasiləsiz şəkildə içməli su ilə təmin olunublar.

Biz hazırda şəhərin Əbul Ula Gəncəvi küçəsindəyik. Bu küçədə təxminən 200 yaxın ailə yaşayır. Bu ailələr uzun müddət idi ki, texniki sudan istifadə edirdilər. Hazırda isə bu küçəsinin sakinlər üçün fasiləsiz olaraq içməli su verilir.

Tofiq Hacıyev - sakin: Biz sudan çox əziyyət çəkirdik. Əvvəl su arteziandan gəlirdi, o da içməli su deyil idi. İçməli suyu da maşından alırdıq. İndi isə suyumuz gəlir içirik, istifadə edirik.

Niyaz İsgəndərov - sakin: İçməli sudan lap çətinlik çəkirdik. 3-4 gündən bir maşınlarla içməli su gətirilirdi, biz pulumuzu verib su alırdıq. Bizim belə çətin günlərimizdə pandemiyanın tuğyan etdiyi bir vaxtda içməli suyun olması uşaqlarımızın, eləcə də özümüzün sağlamlığımız üçün böyük bir amildir. Ona görə də öz təşəkkürümüzü bildiririk.

Görülən işlər çərçivəsində "Azərsu ASC" tərəfindən ümumilikdə 18 min abonentin mənzilində mexaniki su sayğacları da quraşdırılıb.

Şöhrəddin Verdiyev - "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin direktoru: Gəncə şəhərində həmin ərazilərdə 46 yaxın subartezianın təchizatı dayandırılıb. Şəmkirçay su təmizləyici qurğudan biz istifadə ediriksə 4 ay ərzində həmin o ələğv olunan artezianlardan elektrik enerjisinə orta hesabla 210 min manat qənaət olunub. Bir ay müddətinə yenə 17 ədəd sub artezianın dayandırılması nəzərdə tutulur.Həmin subartezianlar ləğv olunduqca 12-13 min abonentin içməli su ilə təchiz olunacaqdı.

Paralel olaraq köhnə xətlərdə su itkilərinin qarşısının alınması üçün də işlər görülür. Son 6 ay ərzində "Azərsu" ASC tərəfindən 9 km uzunluğunda, müxtəlif diametrli köhnə borular yenilənib.

Şöhrəddin Verdiyev - "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin direktoru: Bu, Gənclər, Aydınbəyov, Sərdarov, Qərb küçələridir ki, burada abonentin su sarıdan problem yaşamaması üçün yenə mövcud su xəttinə Şəmkir su xəttindən su çəkərək veririk. Mən abonentlərdən xahiş edirəm ki, içməli sudan səmərəli istifadə etsinlər. Abonentlər ödənişləri də zəif edirlər. Ödənişlər də olsun ki, bu layihələr daha da uğurlu olsun.

İcrasına 2017-ci ilin mayından başlanılan Gəncənin su-kanalzasiya sisteminin yenilənməsi layihəsinin 4-cü mərhələsi çərçivəsində işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Şəmkirçay və Qızılqaya su mənbələrindən 820 mm diametrli magistral su boruları çəkilib. Həmçinin şəhərdaxili ümumi uzunluğu 36 km olan kanalzasiya və 289 km-lik su şəbəkəsinin qurulması da başa çatıb.

Orxan Abdullayev - layihənin baş topoqrafı: Hazırda Arka yolu kimi tanınan ərazidə işlərimiz davam etdirilir. Bundan başqa, layihəmiz çərçivəsində hərbi şəhərcik deyilən hissədə, Abbas Səhhət xəstəxanasının ətrafında yaşayış massivində işlərimiz aktiv olaraq davam etdirilir. Tərəfimizdən 11 min 379 su çıxışı verilib. Gələcəkdə Azərsu tərəfindən su sayğacları quraşdırılacaq.

Hazırda Gəncədə 71 min abonentə 4 mənbədən - Göygöl, Qızılqaya, Şəmkirçay su təmizləyici qurğularından və subartezian quyularından su verilir. İki il ərzində isə şəhərin bütün abonentləri içməli su ilə təmin olunacaq.

 

Elnur Vahidoğlu