• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 05.08.2020 20:10

Tədris necə təşkil olunacaq?

KepezTV Player

Təhsil Nazirliyi yeni dərs ilində tədrisin təşkili haqda məlumat yayıb. Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı, müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Tədris prosesinin təşkili ilə bağlı təkliflər hazırlanarkən təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və tətbiq edilən məhdudiyyətlər nəzərə alınır.