Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub. Təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi, həmçinin strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri də davam edir.<br>Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.
- Baxış: 452