Qanunazidd olaraq işləyən iaşə obyeklərinin biri Nizami, digəri Kəpəz rayonu ərazisində müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsi və tabeli orqanlarının əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində gizli şəkildə fəaliyyət göstərən obyektlərdən biri Həsən Əliyev, 90 ünvanında aşkarlanıb. Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib.
Davam etdirilən tədbirlərlə Gəncədə daha bir çayxananın qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandırıblar.
Şahlar Hüseynov küçəsində fəaliyyət göstərən çayxananı işlədən Mahir İsgəndərov və 6 nəfər Kəpəz rayon polis idarəsinə gətirilib.
Polis İdarələrinə gətirilən şəxslər İnzibati Xətalar Məcəlləsinin Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə əsasən cərimə olunublar.
- Baxış: 2000