• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 05.08.2020 12:10

Sərt karantin rejimi yumşaldılıb

KepezTV Player

Bu gün səhər saat 6-dan ölkədə karantin rejiminin yumşaldılmasının tətbiqinə başlanılıb. Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan 13 şəhər və rayonda, o cümlədən Gəncədə şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunub. Ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib. Amma yenə də həftəsonları ictimai nəqliyyat işləməyəcək. Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»lar fəaliyyət göstərməyəcək. İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilməməsi, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması, açıq havada idman yarışları və oyunlarının keçirilməməsi, sərt karantin tətbiq olunan şəhər və rayonlara giriş-çıxışa icazə verilməməsi kimi məhdudiyyətlər də qüvvədədir.