• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 03.08.2020 20:07

Azərbaycanlı UFC-də vuruşa bilər

KepezTV Player

Qarışıq Döyüş Növləri ilə məşğul olan hər bir idmançının arzusu dünyanın ən nüfuzlu turnirlərində çıxış etməkdir. Şübhəsiz ki, belə yarışların başında UFC gəlir. Elə azərbaycanlı döyüşçülərin də istəyi Həbib Nurməhəmmədovun da vuruşduğu turnirə dəvət almaqdır.

Qırğızıstanı təmsil edən Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev istisna olmaqla Mütləq Döyüş Çempionatında hələlik ölkəmiz təmsil olunmur. Amerika Birləşmiş Ştatlarında yaşayan Hüseyn Əliyevin məqsədi oktaqonda bu boşluğu aradan qaldırmaqdı. ((SOT ХР 00:00:00 NAME: Hüseyn Əliyev TITLE: idmançı TEXT: )) ((K/A)) Hüseyn Əliyev daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün 8 ay öncə okeanın o tayına köçüb. Buna qədər Azərbaycanda və MDB ölkələrində vuruşub. Koronavirusa görə ABŞ-da debütü təxirə düşən idmançı pandemiyaya görə məşq etməkdə də çətinliklə üşləşib.

Həmyerlimiz idmançıların bütün çətinliklərə sinə gərməli və əsl döyüşçünün mövcud vəziyyətdə xarakteri göstərməli olduğunu bildirib.

Əliyevin apreldə keçirilməli olan döyüşü payıza təxirə salınıb. Amma həmin vaxta kimi idmançımız yalnız məşqlərlə kifayətlənməyəcək. O, bu ay daha bir görüşə çıxmalıdı.

Hüseyn Əliyev MMA üzrə 3 qat dünya çempionudur. O, peşəkar döyüşdə 15 görüş keçirib. Aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 3 məğlubiyyət yazıb.