Göygöldə polis karantin rejimi ilə bağlı növbəti maarifləndirici reyd təşkil edib. Böyük marketlərdə baş tutan yoxlamalarda mağaza sahiblərinə həm tövsiylər verilib, həm də irad tutulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, elan olunan karantin rejimi qaydalarına əməl edilməsi məqsədilə reydə diqqət yetirilən məqamlar olub. Rayonda fəaliyyət göstərən supermarketlərdə virusa yoluxmanın yayılmasının qarşısının alınması üçün təşkil edilən əsasən giriş-çıxışda dezinfeksiya qaydalarına riayət olunması, maskasız alıcıların marketlərə daxil olmasına icazə verilməməsinin, ara məsafəsinin gözlənilməsinin vacibliyi diqqətə çatdırılııb. Həmçinin açıq formada satılan un məmulatları, ət məhsulları və meyvə-tərəvəz rəflərində müştərilərin qoyulan tələblərə uyğun olaraq əllə təmasının mimimuma endirilməsinə mütləq şəkildə əməl etmək tövsiyə olunub.
Yoxlama zamanı əksər marketlərdə alıcıların maskadan istifadəsinə diqqət yetirildiyi müşahidə olunub. Bundan başqa mağazalarda müştərilər üçün nəzərdə tutulan səbətlər mütəmadi olaraq dezinfeksiya edililir. Alıcılar da rayondakı mağazaların karantin rejiminə riayət etmələrini müsbət qiymətləndiriblər.
Göygöldə bu cür reydlər qarşıdakı günlərdə də davam edəcək.
- Baxış: 533