• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 03.08.2020 17:53

Gəncədə nişanla karantini pozanlar

KepezTV Player

Qanunlara biganə yanaşaraq başqalarının həyatına bu və ya digər şəkildə təhlükə yaradanlar bununla yekunlaşmır. Gəncədə fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsinin qarşısı alınıb. Xüsusi karantin rejiminin qaydalarını pozaraq mərasim təşkil edənlər saxlanılaraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib. Aparılan araşdırmalarla şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərovun əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəldikləri məlum olub. Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçısı 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.