KepezTV Player
Məktəblərin açılması ilə bağlı məsələ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə müzakirə olunub. Həmçinin, dünyada bu prosesə başlayan ölkələrin təcrübələri öyrənilir, onlarla da müzakirələr aparılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, virusun yayılmasının necə davam edəcəyini proqnozlaşdırmaq çox çətindir. Məktəblərin açılması barədə qərar qəbul olunan zaman Operativ Qərargah vasitəsilə ictimaiyyətə məlumat veriləcək.
- Baxış: 881