• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 31.07.2020 19:57

Arzusu puç olan məhkum

KepezTV Player

Göygöldə də asan yolla pul qazanmaq istəyən şəxs niyyətinə nail ola bilməyib. Belə ki, həyətində istifadəsi qadağan edilən narkotik maddə əkənin arzusunu polis gözündə qoyub. Bununla bərabər Göygöl sakini evində qanunsuz silah-sursat saxlamaqda da təqsirli bilinir.

Göygöl Rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı nəticəsində asayiş keşikçiləri rayonun Üçtəpə kəndində Vüqar Cəfərova məxsus fərdi yaşayış evinə baxış keçiriblər. Əməliyyat tədbiri çərçivəsində evin həyətyanı sahəsindən xüsusi kultivasiyası yolu ilə becərilən çətənə kolları aşkarlanıb. Bağ sahəsində aqro-texniki qaydada qulluq edilərək yetişdirilən və bəzilərinin boyu 4 metrdən çox olan bitkilər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək maddi sübut kimi götürülüb. Həmçinin Vüqar Cəfərovun evində qanunsuz silah-sursat saxladığı da müəyyən edilib.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Həyətyanı sahədən 55 ədəd çətənə kolu, evin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram həmin çətənə kollarına məxsus toxum, bundan başqa 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və 6 ədəd 7.62 kalibirli avtomat patronları aşkar aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddi sübutlar aidiyyatı üzrə ekspertizaya təqdim edilib.

Bu Vüqar Cəfərovun ilk məhkumluğu deyil. O, əvvələr də quldurluq və narkotik maddalərdən qanunsuz istifadəyə görə həbs edilib. Ancaq görünən odur ki, 40 yaşlı şəxs törətdiyi əməllərdən bezmir. Dindirilmə zamanı o becərdiyi narkotik tərkibli maddəni satmaq yox, şəxsi istifadə üçün yetişdirdiyini deyib.

Vüqar Cəfərov - saxlanılan şəxs: Toxumları Azosdan yabanı halda bitən kollardan yığmışdım. Apardım əkdim. Onu da baxdım gördüm ki bitir. Öz şəxsi istifadəm üçün qulluq eliyirdim. Polis gəldilər tutdular. Əməlimdən peşmanam.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.