• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 31.07.2020 19:33

Yük maşını kişinin üstündən keçdi

KepezTV Player

İstənilən mübahisədə duyğularımızın bizi idarə etməsinə izin verməməliyik. Mövcud vəziyyəti real şəkildə qiymətləndirərək, məntiqlə hərəkət etməliyik. Yoxsa nəticəsi həm özümüz, həm də qarşı tərəf üçün dözülməz olur. Dözülməz olan daha bir hal var. O da yüksək surət və qaydalara biganələyin yol açdığı qəzalardır. Hansı ki hər gün bu barədə üzücü xəbərlər veririrk. Gün ərzində baş verən yol-nəqliyyat hadisələrində həyatından, sağlam canından və malından olanlar oldu. Təfərrüatları izləyək.

Sumqayıt şəhərinin "Sumqayıt stansiyası" qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Şəhər sakini idarə etdiyi ZİL markalı yük avtomobilini arxaya verərkən Bakı şəhər sakini Ələddin Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

Ağdaşda da yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Olay Bakı-Şamaxı-Yevlax yolunun rayonun Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon Bığır kənd sakini, 45 yaşlı Siyavuş Qafurov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Ağdaş sakini 61 yaşlı Üzeyir Qafarovun idarə etdiyi "VAZ-2106" ilə toqquşub. Zərbənin təsirindən "Hyundai" yoldan çıxaraq aşıb və sürücüsü ağır xəsarətlər alaraq dünyasını dəyişib, sərnişin, Göyçay sakini, 47 yaşlı Habil Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəlilabaddakı qəza isə Göytəpə şəhəri ərazisində baş verib. Yerli sakin, Mehdi Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə traktorla toqquşub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 27 yaşlı Asim Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi “VAZ-2106”, “Mercedes” və “Opel” markalı avtomobillərlə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Bakının Sabunçu rayonunda da yol qəzası yaşanıb. Maştağa qəsəbəsində 39 yaşlı Alimə Zəkiyeva yoldan keçərkən onu 139 nömrəli sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Ağstafa rayonunda isə avtomobil qoyun sürüsünə çırpılıb. Olay Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ- 2107" markalı avtomobilin Qırılı kənd sakini Asif Abbasova məxsus heyvan sürüsünə çırpılması nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub. İlkin ehtimallara görə, hadisə sürücünün sürət həddini aşması səbəbindən baş verib.