Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunan qrafikə uyğun olaraq Gəncədə cari ilin məzunları üçün imtahan keçirilib. Həmçinin Azərbaycan dilindən fərqli dildə təhsil alan cari ilin 9-cu sinif məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq edən əvvəlki illərin məzunları üçün də imatan təşkil edilib. Şəhərin Kəpəz rayonu üzrə olan orta məktəblərin abutiriyentlərinin iştirak etdiyi imtahan 7 binada keçirilib və 1745 nəfər iştirak edib. Operativ qərargahın təlimatlarına uyğun keçirilən imtahanları 21 rəhbər və 216 nəzarətçi izləyib. İyulun 30-da isə Gəncənin Nizami rayonu üzrə buraxılış imtahanı keçiriləcək. Həmçinin bu gün qərb bölgəsinin Mingəçevir şəhər və Goranboy rayonun da ali və orta ixtisas məktəblərinə qəbul imtahanları baş tutub. İmtahanlar bütün təlimatlara uyğun təşkil edilib. Ümumilikdə isə Gəncə şəhərində qəbul imtahanlarının avqustda keçirilməsi planlaşdırılır.
- Baxış: 137