• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 30.07.2020 20:01

Prezident İlham Əliyev bölgələrə səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Şəki rayonuna səfər zamanı Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Bundan başqa, Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib. Dövlət başçısı tibb müəssisəsi ilə tanışlıqdan sonra həkimlərlə görüşüb. Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb. Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış olub. Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezident tədbirdə iştirak edib. Dövlət başçısı Vəndam kəndində doğulan general Polad Həşimovun qəhrəmanlığından da danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.