• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 29.07.2020 20:28

Rinqdə keçən ömür

KepezTV Player

Gəncə idmanında həm idmançı, həm də məşqçi kimi əziyyəti və nailiyyəti olan Albert Qəribov 50 yaşını tamamlayıb. İdman təsərrüfatında geniş çevrədə tanınan sima olduğundan təbii ki, onun bu yubileyinə laqeyd qala bilməzdik. Əməkdaşımız Azad Rəfinin məzuniyyətdən qayıdan kimi ilk işi Albert Qəribova baş çəkərək hazırladığı sujetlə yubilyarın idman həyatına nəzər salmaq olub.

Albert Qəribov bir-birinə yaxın olan iki idman növünün boks və kikboksinqin inkişafı istiqamətində illərdir ki, fəaliyyətini ortaya qoyur. Onun yetirmələri müxtəlif səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edib, uğurlar qazanıb.

“Mən nə qədər qoca olsam da, min cavana dəyərəm”. Məşhur filmdəki bu məşhur sözləri sanki Albert Qəribov üçün deyilib. Zarafat deyil, 41 yaşına kimi kişilər arasında dünya və Avropa çempionatının dəfələrlə iştirakçısı və mükafatçısı olub. Aktiv idmançı karyerasını başa vurduqdan sonra isə 5 il veteranlar arasında keçirilən yarışlarda gücünü sınayıb.

Yubilyar uğurlarına görə əməkdar məşqçi, idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi kimi adlara layiq görülüb.