• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 29.07.2020 12:05

Qazaxda ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

KepezTV Player

Deyirlər insana ən böyük xoşbəxtliyi də, bədbəxtlyidə gətirən elə insanın özüdür. Təəssüf ki, bəzən ehtiyatszlıq sağlamlığımız, hətta canımız bahasına başa gəlir. Növbəti xəbərə keçək...

Qazax şəhəri, Coğaz çayının yatağında yerləşən torpaq sahəsində olan söyüd və qovaq ağaclarının qanunsuz kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində toplanmış material üzrə Qazax rayon prokurorluğunda yoxlama aparılıb. Məlum olub ki, çayın sağ sahilində yerləşən 5 ha torpaq sahəsinin qum-çınqıl istehsalı üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsə icarəyə verilmiş hissəsində olan yaş vəziyyətdə 12-14 diametrli 5 ədəd, 32-36 diametrli 4 ədəd söyüd ağacı, 12-14 diametrli 2 ədəd və 28 diametrli 3 ədəd qovaq ağacı kəsilib. Ağaclar 28 saylı Yol İstismar idarəsinin vəzifəli şəxslərinin göstərişi əsasında həmin idarəyə məxsus ağır texnika vasitəsilə qanunsuz olaraq kökündən çıxarılıb yük maşını ilə naməlum istiqamətə daşınıb. Təbiətə ümumilikdə 3200 manat məbləğində ziyan dəyib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.