KepezTV Player
Hər bir şagirdə uğurlar və zehin açıqlığı arzulayırıq. Efirimizsə davam edir. Bütün dünya gündəmini zəbt edən koronavirus səbəbindən demək olar ki, bir çox ölkə sərhədləri bağlayıb. Məhz elə o dövlətlərdən biri də bizik. Və xaricdə qalan soydaşlarımız növbə ilə ölkəmizə təxliyə olunurlar.***
Bu gün də Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilib.Vətəndaşlar ötən gün testlərdən keçiriliblər və onların heç birində yeni növ koronavirusa yoluxma aşkarlanmayıb. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi ayrılmış 4 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.
- Baxış: 267