Azərbaycan Rusiya ilə xüsusi aviareyslərin yerinə yetirilməsi üçün danışıqlar aparır. “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərovun sözlərinə görə, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir: "Martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək 23 mindən artıq həmyerlimiz vətənə çatdırılıb". Pandemiya dövründə yeni müvəqqəti hava daşımaları qaydaları təsdiq edildikdən sonra Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlayıb.
- Baxış: 481