KepezTV Player
Azərbaycanda koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan ən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, 6 555 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 429, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb.
- Baxış: 421