• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 28.07.2020 19:10

Goranboyda mağazadan 6 min manat oğurlandı

KepezTV Player

İndi isə başqalarının halal zəhmətlə qazandıqları mala-dövlətə, qanunsuz və zəhmətsiz yolla yiyələnmək istəyənlərdən və yarımçıq qalan sevinclərindən danışacıyıq. Goranboyda mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2000 manat və oradakı seyfdən 4000 manat oğurlamaqda  şübhəli bilinən Sarovlu kənd sakini 22 yaşlı, Amil Qiyaslı, Göygöl rayon sakini 22 yaşlı, Boran Məmmədov və Gəncə şəhər sakini  21 yaşlı, Telman İbrahimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.