• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 28.07.2020 18:57

“Quli” ləqəbi ilə tanınan narkotacir saxlanıldı

KepezTV Player

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb. Onun yaşadığı evdən isə 2 ədəd&nbsp;sellofanda qablaşdırılan, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb. <br>Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.