Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə çətənə kolları yeşidirən şəxs saxlanılıb. Rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş, Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkar olunub. Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Yaşar Sadıqov çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Samux Rayon Polis Şöbəsinə rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş, Yaşar Sadıqovun Quşqara çayının kənarında çətənə bitkiləri əkin becəridyi barədə məlumat daxil olub. Həmin ərazidən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Yaşar Sadıqov şübhəli şəxs qismində saxlanılıb.
Yaşar Sadıqov - saxlanılan şəxs: Əlimə toxum düşmüşdü. Çayın kənarına əkdim. 15-20 gün bir gediob dibinzə su verirdim. Elə dibində də oturub çəkirdim. Özüm çəkəniyəm. Həmişədə çəkmişək. Nə edim məndə belə xəstəyəm.
Natiq Hüseyn
- Baxış: 1424