• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 23.07.2020 19:18

Onlayn dərman sifarişi nə dərəcədə təhlükəsizdir?

KepezTV Player

Hər kəsə məlumdur ki, COVID-19 yeni bir virus növüdür və ona yoluxmamaq üçün təəssüf ki, hələ xüsusi bir peyvənd yoxdur. Eyni zamanda, bu günə qədər virusa yoluxan insanlarda virusa qarşı tam elmi əsaslı spesifik müalicənin olmaması ümumi vəziyyəti çətinləşdirir. Peyvəndin tapılması və tətbiqi prosesinin uzun olmasını bilən elm adamları bundan daha tez başa gələ biləcək virusa qarşı dərman preparatının kəşfi və ya tapılması məsələsinə də ciddi yer ayırırlar. Amma buna baxmayaraq, son zamanlar sosial şəbəkələrdə koronavirusa qarşı müxtəlif dərmanların reklamı və satışı ilə məşğul olanlar var. Tək bu məsələdə deyil, ümumiyyətlə onlayn satılan dərmanların orqanizmimizə təsiri necədir ?

Səhhətimizdə hansısa bir problem yaşananda həkimə üz tuturuq və sağlamlıq keşikçiləri də müalicədə daha effektiv nəticə almaq üçün dərman vasitələrini tövsiyyə edirlər. Lakin bəzən biz həmin dərmanı asanlıqla tapa bilmirik. Belə olduqda isə, online sifariş əsas alternativimiz olur. Ümumiyyətlə, dərman vasitələrini online almaq doğrudurmu?

Klinik farmakoloq deyir ki, burda istər pandemiya dövrü olsun, istərsə də post pandemiya, yaxud da pandemiyaya qədərki dövr olsun. Dərman preparatları ilə müalicədə bu yolverilməzdir.

Bəs görəsən hansı dərman preparatlarından onlayn sifariş edib, istifadə etmək olar?

Məsləhətli don, gen olar deyiblər. Hər bir halda sifariş verilən dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək daha məqsədəuyğundur. Yalnız belə olan halda, müalicə üçün qəbul etdiyimiz dərmanlar gələcəkdə sağlamlığımız üçün növbəti təhlükəni doğurmaz .