• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 22.07.2020 12:03

Gimnaziyaya məxsus bina yanıb

KepezTV Player

Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyaya məxsus köhnə tikilidə yanğın baş verib. Zaqatala şəhəri, Saleh Qocayev 1A ünvanında yerləşən, ümumi sahəsi 400 kv/m olan və anbar kimi istifadə edilən köhnə tikili əşyalarla birgə tamamilə yararsız hala düşüb. Yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikları və şəxsi heyəti cəlb edilib. Alov söndürülüb, ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.