• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 22.07.2020 12:11

Məclis təşkil edənlər cərimələniblər

KepezTV Player

Şəki Rayon Polis Şöbəsinə Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana yollanıblar. Ev sahibi Yusifovun 20-dən artıq şəxsin iştirakı ilə məclis keçirdiyi aşkar edilib. İnsanların bir yerə toplaşmasının qarşısı alınıb. Orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Məclisi təşkil edən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.