• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 21.07.2020 20:36

Mətbuat gününə həsr olunan onlayn tədbir keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan Milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə onlayn tədbir keçirilib. Heydər Əliyev Mərkəzi və 16 nömrəli kitabxana filialının birgə təşkil etdiyi onlayn yığıncaqda milli mətbuat günü və jurnalitika haqqında çıxışlar olub. Zoom proqramı vasitəsilə gerçəkləşən tədbirdə mətbuatımızın tarixi və yaranması, qəhrəman jurnalistlərimiz, bu sahəyə göstərilən diqqət və qayğı, media əməkdaşlarının ölkənin ictimai-siyası, mədəni həyatında oynadığı roldan danışılıb. Onlayn videogörüşdə televiziyamızın əməkdaşı Orxan Cəfərzadə də iştirak edərək televiziya jurnasiltikası haqda fikirlərini bölüşüb. Sonda mətbuat günü münasibətilə bütün jurnalistlərə təbrik ünvanlanıb, onlara yaxın gələcəkdə Azərbaycan xalqına qələbə xəbərləri çatdırmaları arzulanıb.