• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 21.07.2020 20:34

Erməni təxribatı nəticəsində 35 evə ziyan dəyib

KepezTV Player

Erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribat nəticəsində Tovuz rayonunun 6 kəndinə ciddi ziyan dəyib. İlkin qiymətləndirmələrə əsasən, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib.

İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu, əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.