KepezTV Player
Xocalı polisi karantin qaydalarını pozan şəxsləri saxlayıb. Goranboy rayonunun Buzluq kəndinə istirahət üçün gələn Goranboy rayon Qızılhacılı kənd sakinləri Səlim Səlimli, Arzu Paşayev, Əfqan Verdiyev və Fərid Cəfərovun xüsusi qarantin rejimini kobud şəkildə pozduğu məlum olub. Onlar yaşayış yerlərini sms icazəsiz tərk etməklə, içki məclisi təşkil ediblər. Həmin şəxslər saxlanılaraq Xocalı Rayon Polis Şöbəsinə gətiriliblər.
- Baxış: 1542