Tibb işçiləri deyir ki, insan il ərzində azı 2 dəfə mütləq şəkildə tibbi müayinədən keçməli, sağlamlığını qorumalıdır, gigiyenaya qaydalarına son dərəcədə riayət etməlidir. Bu gün edilən tövsiyələrə əməl olunması, diqqətə alınması hava-su kimi önəm daşıyır. Sağlamlığımızın qorunmasına yönələn materialda həkim tövsiyyələri var. Gətirək ekranlara..
COVİD-19 adı verilən bioloji düşmən Azərbaycan da daxil olmaqla, 215 ölkə və ərazidə yayılıb. Sərhəd tanımayan, milyonları təşvişə salan pandemiya ilə insanlar yaşam mübarizəsi aparırlar. Yoluxmanı dəqiqləşdirmək üçün testlər edilir, hamı gözə görünməz bəladan müdafiə olunmağa çalışır. Həkimlər deyir ki, bu məsələdə biraz həssas olmaq vacibdir. Belə ki, heç bir şikayət olmadan da subfebril temperatur var deyib test olunmaq bir az düzgün deyil.
Şəhla Verdiyeva həkim: “əgər kliniki əlamətlərimiz varsa da – yəni, misal üçün asqırma, öskürmə, temperatur yüksəkliyi, bədəndə ağrılar yəni, viral əlamətlərə oxşar şikayətlərimiz varsa da və yaxud da ki, ətrafımızdakı bir insanda karona pozitiv çıxıbdırsa, yaxın qohumlarımızda və ya bizim kontaktda olduğumuz insanlarda bu zaman müayinə olunmaq daha yaxşı olar. Birincisi ilk dəfədir ki, həyatımızda həqiqətən də həkim olmasaq da insan həyatını qurtara bilərik. Sadəcə sırf qaydalara riayət etməklə. Gərəksiz yerə başqa profillərə müraciət etmək düzgün deyil. Ehtiyacı olan insanlar həkimə gəlsinlər. Endokrinoloqa, kardioloqa, cərraha və s. Gərəksiz yerə tünlük yaratmasınlar. Çünki, bilməsək belə daşıyıcı olub, həmin o xroniki xəstələrin ölümünə səbəb ola bilərik. Yoluxmasına. Buna həqiqətən ciddi yanaşmaq çox önəmlidir.”
Amma "pozitiv çıxaram, karantinə alınaram, müalicə olunaram, mənə sanki ləkə yaxılar"kimi fikirlərdən tamam uzaq durmaq lazımdır. Onsuz da Covid-19 pandemiya şəkilini almış bir xəstəlikdir.
Şəhla Verdiyeva həkim: “amma nə qədər gec yoluxsaq səhiyyə idarələrində sıxlığı azaltmışolarıq və həm də səhiyyə işçilərinə kömək edərik. Həm də digər insanlara yəni daha çox ehtiyacı olanlar reanimasiyada qalar. Əgər şikayətlərimiz varsa bundan qorxub, çəkinib evdə qalmaq, gizlətmək düzgün deyil. Hər birimizin sevdiyi böyük ehtimal orta yaşın üzərində xroniki xəstəliyi olan insanlar var. Bir təsəvvür edin ki, sevdiyiniz insan xəstədir və təbii ki, dünya təcrübəsindən də qaynaqlanaraq, həmin insanı sizinlə görüşdürmürlər. Sizin yaxşılığını üçün və o insan vəıziyyəti ağırlaşıb, ölürsə, sizi görmədən yəni ölür. Yəni bunu nəzərə alaraq, bunun empatiyasını quraraq yaşamaq önəmlidir.
Ona görə əgər şikayətlər varsa, mütləq yaxınlıqda yerləşən tibb müəssisəsinə müraciət edilməlidir. Həkimlər yaxma götürülməli, nəticəni gözləməlisiniz. Pozitiv olan nəticəni gizlətmək ölkəmizi həqiqətən də uçuruma sürükləyə bilər. Hər kəs bu məsələyə həssas yanaşmalıdır.
- Baxış: 426