Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək. Yarışda iştirak edəcək milli komandamızın heyətində gəncəli iti zəka sahibi Ülviyyə Fətəliyeva da yer alacaq.
Millinin tərkibində, onlayn turnirdə )) ((K/A)) 20 turdan ibarət olacaq onlayn turnir SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığıyla baş tutacaq. Hər komandanın heyətində 10 şahmatçının zəkasının yoxlayacağı yarışda milli komandanın əsas simaları mübarizə aparacaq. Komanda şəklində reallaşacaq turnirdə Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva da qüvvəsini sınayacaq. Gənc şahmatçı bundan öncə də bir sıra onlayn yarışlara qatılıb. Hər zaman komanda yarışlarında uğurlu çıxışla yadda qalan Fətəliyevanın bu turnirdə də yığmamızın qalib gəlməsində böyük rol oynayacağına inam var.
Mütəxəssis bu cür yarışların şahmatçılara yad olmadığını, pandemiyadan əvvəl də idmançıların onlayn yarışlarda iştirak etdiyini deyib. Bu səbəbdən də belə formada təşkil edilən turnirlərin şahmatçılara müsbət təsiri böyükdür.
Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında keçiriləcək onlayn turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.
- Baxış: 1495