• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 18.07.2020 12:30

Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya

KepezTV Player

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində hər şənbə və bazar günləri Gəncənin mərkəzi küçə və prospektlərində genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilir. Bu gün də səhər saatlarından başlayaraq şəhərdə yollar  xüsusi ayrılan avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulub. Dezinfeksiya işlərinə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin iki  texnikası cəlb olunub. Bununla yanaşı, şəhərin müxtəlif istiqamətlərində də xüsusi dərmanlarla binaların girişləri, bloklar, liftlər dezinfeksiya edilir. Bu cür qabaqlayıcı tədbirlər sabah da davam etdiriləcək.