• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 17.07.2020 20:42

Kikboksinqçilər məşqsiz qalmır

KepezTV Player

Ölkədə sərt karantin rejimi iyulun 5-dən etibarən Samuxda da tətbiq olunur. Buna görə bir sıra fəaliyyət sahəsinə məhdudiyyətlər qoyulub ki, bura idman yarışları, qapalı məkanlarda, həmçinin açıq havada idmançıların məşq etməsi də daxildir. Belə olan halda formada qalmaq üçün bir yol qalır. Evdə hazırlaşmaq. Samux kikboksinq klubunun üzvləri də yaşayış yerlərini tərk edə bilmədikləri üçün məşqlərini evdə davam etdirirlər.

Samux rayonunun Qaraağaclı kəndindən olan Raul Məmmədov da belələrindəndir. 6 ildir kikboksinqlə məşğul olan və 1 dəfə dünya kuboku, 3 dəfə isə respublika birinciliyinin qalibi adını qazanan 14 yaşlı yeniyetmə sərt karantin rejimində yaşadığı evdə boş durmur. İdmançı bir sıra fiziki təmrinləri yerinə yetirməklə formada qalmağa çalışır.

Raul Məmmədov kikboksinqçi: Sərt karatin rejimi başlayandan bəri biz məşqlərimizi evdə davam etdirmək məcburiyyətində qaldıq. Ancaq buna baxmayaraq biz müəllimizin tapşırıqlarına riayət edirik və evdə məşqlərimizi davam etdiririk. Evdə əsasən fiziki formada çalışırıq ki, zallar açılanda tam formada olaq və yarışlara hazır olaq. Biz evdə əsasən fiziki məşqlərimizi davam etdiririk ki, daha yaxşı formada olaq. Ancaq bəzi zərbələr üzərində işləyirik ki, onun tapşırıqlarını müəlimimizdən alırıq.

Ev şəraitində hanası hərəkətləri etməyin lazım olduğunu zırlıqları Raul məşqçisi Elnur Salamovla məsləhətləşərək edir.

Elnur Salamov Samux kikboksinq klubunun rəhbəri:  Bəzi vaxtlar açıq havada da olsa məşqlərimiz edirdik. Amma sərt karatin rejimində idmançılar yalnız evdə məşq edə bilir. Buna baxmayaraq bir mütəxəssis kimi öz göstərişlərimizi idmançılara hər zaman veririk ki, onlar həmişə formalarını qorusunlar. Tez-tez əlaqə saxlayırıq ki, idmandan kənarlaşmasınlar, ən azından fiziki hazırlıqları yerində olsun. Çünki bilirsiz ki, idman elə bir şeydir ki, məşq etmədikcə insan formadan düşür.

Elnur Salamov mövcud şəraitdə məşqlərin idmançılar üçün çətin olduğunu gozlətmir. Ancaq üzərində işləyən kikboksinqçilərin gələcəkdə yarışlar bərpa olunandan sonra əziyyət çəkməyəcəklərini bildirib.

Elnur Salamov Samux kikboksinq klubunun rəhbəri: Düzdü həqiqətən də çətindi. Ancaq öz üzərində çalışan idmançıya o qədər də çətin olmayacaq. Çünki özü üçün evdə məşq edən idmançılar o qədər də çətinlik çəkməyəcəklər. Təbii ki, zal şəraiti ilə ev şəraiti bir deyil. Bizim idmançılarda həvəs var, valideynlərdə böyük həvəs var. Hər kər öz evində övladları üçün şərait yaradıbdır. Ancaq buna baxmayaraq məşqsiz idmançıya çətn olur.

Əməkdar məşqçi Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələrə də toxunub.Ehtiyac olacağı təqdirdə, idmançıların da döyüşə hazır olduğunu dilə gətirib.

Elnur Salamov Samux kikboksinq klubunun rəhbəri: Bizim idman növü kikboksinq əlbəyaxa döyüş növüdür. Biz yeniyetmə və gənclərimizi gələcəyin əsgərlərini hazırlayırıq. Bizim idmançılar necə ki yarışlarda erməni idmançılara qalib gəlir, eləcə də onlara aşılayırıq ki, düşmənlər qarşı-qarşıya gəlsələr belə güclərini göstərsinlər. Tovuz rayonunda gedən atışmalarda bütün əsgərlərimizə uğurlar diləyirik.

Şəhidlərimizə allah rəhmət eləsin deyirik. Biz də Ali baş komandanın əmirini gözləyirik. Biz idmançılar döyüşə həmişə hazırıq.

Samux kikboksinq klubu 2000-ci ildən fəaliyyət göstərir. Ölkə idmanına bir sıra kikboksinqçilər bəxş edən klubda 3 məşqçi 200 yaxın uşaq, yeniyetmə və gəncə bu idman növünün sirlərini öyrədir.