• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 17.07.2020 20:37

Ermənilərin həmişəki adəti

KepezTV Player

Bu, erməni silahlı birləşmələrinin döyüş taktikasıdır. Hansı ki, 90-cı illərdə Qarabağda gedən döyüşlərdə və 2016-cı ilin aprelində də dinc sakinlərin yaşadıqları kəndlərdə eyni mənzərənin şahidi olmuşuq. Düşmən ölkənin silahlıları  azərbaycan ordusundan aldıqları cavabın əvəzini hər zaman məhz bu şəkildə çıxmağa çalışıblar.

Ramil Məmmədli hərbi ekspert: Onlar Azərbaycan ordusu ilə üzbə-üz döyüşə bilmirlər, onlar Azərbaycan ordusunun əks həmlələrinin qarşısında aciz qaldıqlarından yaşayış məntəqələrini evlərə məktəblərə xəstəxanalara zərbələr endirirlər. Ermənistan ordusunun evlərə mülki şəxslərə qarşı endirdiyi bu zərbələr komandanlıqlarının verdiyi tapşırıqlardır.

Təbii ki, işğalçı ölkənin bu taktikası müharibə qanunlarına sığmır. Nə yazılana, nə yazılmayana. Müharibə zonasında yaşayan insanların təhlükəsizliyi cenevrə konvensiyasında açıq aydın göstərilib. Sənəddə qeyd edilir ki, bütün hallarda baş verə biləcək toqquşmalarda mülki şəxslərin yaşadığı məntəqələrin hədəf seçilməsi qadağandır.

Fərhad Mehdiyev hüquqşünas: 77 Saylı pratakolun 90-cı maddəsində beynəlxalq fakt araşdırma komisiyasının qurulması nəzərdə tutulub və belə bir imkan var. Azərbaycan höküməti belə bir komisiyanın qurulması üçün müraciət eləyə bilər. Ermənilər isə böyük ehtimalla bu komisiyanın qurulmasına razılıq verməyəcək amma biz bununla legetim addım atmış olacağıq və sübut edəcəyik biz haqlıyıq. Ermənilər haqsız yerə orada mülki əhaliyə güc tətbiq edirlər və bu məsələni eyni zamanda da avropa insanhüquqları məhkəməsinə də götürmək mümkündür.

Amma çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar özlərini görməməzliyə vururlar. Güllə silahdan çıxıb hədəfə çatana qədər onun barədə məlumatın ötürülə bildiyi indiki texnologiya dövründə yaşananları görməmək isə təbii ki, mümkün deyil.

Elçin Mirzəbəyli siyasi şərhçi: Prosesə mins qrupunun həmsədirləri bir başa müdaxilə etməlidirlər BMT-təhlükəsizlik şurasının müdaxiləsi olmalıdır, çünki burada müharibənin bütün qanunları pozulur. Bu gün beynəlxalq hüququn prinsiplərini zor prinsiplər əvəz edir...Dünyada hüququn aliliyindən yox ayrı-ayrı dövlətlərin gücündən söhbət gedir və təssüflər olsun ki,BMT –Təhlükəsizlik şurası başda olmaqla bütün beynəlxalq təşkilatlar məs bu prinsip üzrə hərəkət edir.

Mütəxəssislər indiki vəziyyətdə daha tez nəticə əldə etmək üçün döyüşlərin getdiyi nöqtələrə, insanların zərər gördüyü ərazilərə  beynəlxalq jurnalistlərin cəlb edilməsini məsləhət görürlər. Bundan başqa istər sosial şəbəkələrdə, istərsə də internetin digər resurslarında DÜZGÜN informasiya müharibəsi aparmaq lazımdır. Ötürülən yalnış məlumat mülki vətəndaşları daha böyük təhlükə altında qoya bilər.