• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2244
— 17.07.2020 20:36

Əlahiddə Ümumqoşun Orduda taktiki təlimlər davam edir

KepezTV Player

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir. Taktiki təlimlərdə haubitsalı artilleriya, aviasiya, hava hücumundan müdafiə və digər bölmələr arasında qarşılıqlı əlaqə sualları işlənilib. Bölmələrin uzlaşmasının və səhra vərdişlərinin yüksəldilməsinin ən səmərəli ali forması döyüş atışlı taktiki təlimlər olduğu üçün tabor və divizionlarda keçirilən bu təlimlərə Əlahiddə Ümumqoşun Orduda xüsusi diqqət yetirilir. Haubitsalı artilleriya divizionlarının döyüş atışlı taktiki təlimləri də döyüş vəziyyətinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilib.Təlimlər zamanı aviasiya ilə qarşılıqlı əlaqə sualları işlənilib, hava hücumundan müdafiə bölmələri ilə birlikdə düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətlər icra edilib.Şəxsi heyət taktiki və atəş tapşırıqlarının icrasında müsbət nəticələr göstərib.